REGİONLAR


Şamaxıda 2233 tondan çox kartof istehsal olunub

Şamaxı, 3 sentyabr, AZƏRTAC

Şamaxı rayonunda kartof yığımı başa çatıb və sahələrdən 2233,5 ton məhsul götürülüb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ildə fermerlər və fiziki şəxslər tərəfindən 326 hektarda kartof yetişdirilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çox olub. Məhsul istehsalında da 39,8 ton artım qeydə alınıb.

Qeyd edək ki, kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Xüsusilə rayonun şimal dağlıq ərazilərində, o cümlədən Qızmeydan, Çuxuryurd, Hacılı və bir sıra digər ərazi dairələrində ailə fermer təsərrüfatları bazarlarda ilboyu yüksək tələbat olan və yaxşı gəlir gətirən kartofçuluğa böyük maraq göstərirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.