SİYASƏT


Şamil Ayrım: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin hərtərəfli inkişafını təmin edir

Ankara, 12 aprel, AZƏRTAC

Prezident İlham Əliyev çevik siyasəti və məqsədyönlü qərarları ilə Azərbaycan dövlətinə həmişə öz vətəndaşının yanında olan dövlət imici qazandırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında dövlətimizin başçısı İlham Əliyevin növbəti prezidentlik dövrünün ilk ilində ölkəmizin əldə etdiyi uğurları şərh edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.

Azərbaycanda həyata keçirilən islahatların əhalinin rifah halının yüksəldilməsini və ölkənin hərtərəfli inkişafını təmin etdiyini diqqətə çatdıran Şamil Ayrım əminliklə bildirib ki, Azərbaycanda xalq-iqtidar birliyinin qorunması sabitlik və inkişafın əsasını təşkil edir.

O deyib: “Azərbaycanda siyasi, iqtisadi, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən islahatlar böyük nəticələr verməkdədir. Gənclərin yüksək təhsil alması üçün dövlət proqramlarının həyata keçirilməsi, gənclərin ali dövlət vəzifələrində irəli çəkilməsi, devalvasiya, təbii fəlakətlər və məişət hadisələri nəticəsində zərər çəkən vətəndaşlara kompensasiyaların ödənilməsi, Qarabağ müharibəsində şəhid olanların ailələrinə, eləcə də qazilərə göstərilən diqqət və qayğı, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması və s. mühüm işlər Prezident İlham Əliyevin bir illik fəaliyyətində inqilabi nailiyyətlər siyahısıdır. Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunda “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına respondentlərin 90,5 faizinin bütövlükdə müsbət cavab verməsinin əsasını yuxarıda sadaladığım amillər təşkil edir”.

Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətlərində dinamik inkişafın qorunmasına polad siyasi iradə nümayiş etdirdiyini vurğulayan Şamil Ayrım bildirib ki, tarixi missiya daşıyan bu proses hər iki ölkədə xalq tərəfindən yüksək dəyərləndirilir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.