İDMAN


San-Paulu meri: “İnterlaqos” hələ 10 il F1-ə ev sahibliyi edəcək

Bakı, 19 noyabr, AZƏRTAC 

San-Paulu şəhərinin meri Joao Doria bəyan edib ki, “İnterlaqos” avtodromunda Braziliya Qran-Prisinin təşkilatçıları Formula 1 ilə kontraktı daha 10 il müddətinə uzatmağı planlaşdırırlar.

AZƏRTAC “GrandPX” portalına istinadla xəbər verir ki, San-Paulu şəhərinin meri Joao Doria deyib: “Bizə məlum olduğu kimi, Braziliya Qran-Prisi hələ 10 il müddətinə də San-Pauluda qalacaq. Dekabrın əvvəlində biz Çeyz Keri ilə şərtləri müzakirə etməyi və daha on mövsüm üçün saziş imzalamağı planlaşdırırıq. Bizim mərhələnin böyük ənənələri var, pilotlar bu trası dünyada ən yaxşılardan və mühüm olanlardan biri hesab edirlər. Mən Rio şəhərinin qubernatoru və Prezidentlə mübahisə etmək istəmirəm, lakin biz mərhələnin özümüzdə qalması üçün əlimizdən gələni edəcəyik”.

Bu ərəfədə Braziliya Qran-Prisinin artıq trasın layihəsinin də hazır olduğu Rio-de-Janeyroya köçürüləcəyi ehtimalı haqqında məlumatlar yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.