İQTİSADİYYAT


Sankt-Peterburqda investisiyaların təşviqi məsələləri müzakirə olunub

Bakı, 3 iyun, AZƏRTAC

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində öz işinə başlayan XXIV Beynəlxalq İqtisadi Forumunda Azərbaycan nümayəndə heyətinın tərkibində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da təmsil olunur.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, hər il dünyanın bir çox ölkələrindən dövlət rəsmilərinin, biznes dairələrinin iştirak etdiyi Beynəlxalq İqtisadi Forumun əsas məqsədi qarşılıqlı əməkdaşlığın inkişafı, eləcə də müxtəlif ölkə və qurumlar arasında iqtisadi, ticarət və investisiya imkanlarının genişləndirilməsi istiqamətində müzakirələrin aparılmasıdır. Belə ki, iqtisadi forumda iştirak edən AZPROMO nümayəndələri qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi istiqamətində bir sıra müvafiq xarici şirkət və qurumlarla görüşlər keçirirlər.

Tədbirin ilk günü Qətərin “Hassad Food”, “Qatar Free Zone Authority”, “Qatar Diar”, “Qatar Development Bank”, “Qatar İnvestment Authority” şirkətlərinin nümayəndələri təşkil olunmuş görüşlərdə investisiya, Qətər şirkətləri ilə ikitərəfli əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Forum iyunun 5-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.