Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfir Aksel Vex: Son vaxtlar Avstriyada Azərbaycana maraq xeyli artıb VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC 

Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, son illərdə Azərbaycan-Avstriya münasibətləri inkişaf edir. Ölkələrimiz arasında əməkdaşlıqda hansı yeniliklər gözlənilir?

- İlk növbədə qeyd edim ki, Azərbaycan ilə Avstriya arasında bir çox oxşar cəhətlər var. Hər iki ölkənin əhalisinin sayı və ərazisinin ölçüsü demək olar ki, eynidir. Ölkələrimizin şimaldan və cənubdan böyük qonşuları var.

Qeyd etdiyiniz kimi, Azərbaycan ilə Avstriya arasında əlaqələr inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Bu səfərlər ikitərəfli əlaqələrin daha da inkişafına töhfəsini verir. Xüsusilə qeyd etmək istəyirəm ki, son vaxtlar Avstriyada Azərbaycana maraq xeyli artıb.

- Ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda hansı perspektiv sahələri qeyd edə bilərsiniz?

- Statistikaya nəzər salsaq görərik ki, Azərbaycandan Avstriyaya ixrac olunan məhsulların sayı daha çoxdur. Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir. Azərbaycandan Avstriyaya ixrac olunan məhsulların sırasında neft və qaz məhsulları 98 faiz təşkil edir. Biz Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsində maraqlıyıq. Avstriyanın tikinti şirkətləri ölkənizdə fəaliyyət göstərir. Əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması enerji təhlükəsizliyinin təmin olunması baxımından bizim üçün çox vacibdir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi artmağa başlayıb. Biz kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişləndirilməsinə çalışırıq. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır, böyük İpək Yolunun üzərində yerləşir və bu, strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlər var.

- Bildiyiniz kimi, Azərbaycan Dillər Universitetində Avstriya Mübadilə Xidməti fəaliyyət göstərir. Səfirlik Avstriyanı Azərbaycanda tanıtdırmaq və mədəni, humanitar əlaqələri gücləndirmək istiqamətində hansı işlər görür?

- Azərbaycan Dillər Universitetində Avstriya Mübadilə Xidmətinin fəaliyyət göstərməsi çox önəmlidir. Bizim əsas məqsədimiz Avstriyanı Azərbaycanda yeni məcrada təqdim etməkdir. Biz Avstriyadan turistlərin Azərbaycana cəlb olunması niyyətindəyik. Azərbaycanda Avstriya ilə bağlı mədəni tədbirlərin keçirilməsi üçün müvafiq addımlar atılır. Biz Azərbaycan Dillər Universiteti ilə də sıx əməkdaşlığı davam etdirəcəyik. Bizim əsas istəklərimizdən biri də Azərbaycanda “Vyana balı”nın təşkil olunmasıdır. Bununla bağlı təşkilatçılarla danışıqlar aparılır. Bu, ikitərəfli mədəni əlaqələrin inkişafına töhfəsini verə bilər. Biz, həmçinin azərbaycanlı turistlərin Avstriyaya marağını artırmağa çalışırıq. Yaxın günlərdə Avstriyanın milli günü ilə bağlı rəsmi qəbul keçiriləcək. Bu, insanlara az da olsa Avstriyanı tanıtmaq üçün imkan yaradacaq. Həmin qəbulda Avstriyanın millik yeməkləri, mədəni irsi də təqdim olunacaq.

- Bu ilin sentyabr ayı ərzində Avstriya ərazisindən 200 minə yaxın qaçqın keçib. Bu da ölkə üçün yeni çağırışdır. Bu vəziyyət Qarabağ müharibəsində qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmış Azərbaycan üçün çox tanışdır. Avstriyanın bu məsələdə rolu nə ola bilər?

- Düzdür, Avstriya qaçqın böhranı ilə üzləşib. Biz insanlara ilkin yardımın göstərilməsinə çalışırıq. Onlar Avropaya mühacirət etməklə daha yaxşı yaşayış axtarırlar. Avstriyanın Xarici İşlər Nazirliyində inteqrasiya şöbəsi fəaliyyət göstərir. Bu, qaçqınların inteqrasiya olunmasına yardım edir. Gələn ay daha çox qaçqınların ölkəmizə gələcəyini gözləyirik. Təbii ki, Azərbaycanın da belə bir problem ilə üz-üzə qaldığı barədə məlumatlıyam. Biz qaçqın və məcburi köçkünlərin ilkin ehtiyaclarının təmin olunmasına çalışırıq. Onların yaşayış yeri ilə, təhsillə təmin olunması qarşıda duran vacib məsələlərdən biridir.

- 1955-ci ildən neytrallıq siyasəti bəyan edən, dünyada daim sülhün olmasını istəyən və müharibələrə qarşı bütün diplomatik vasitələrdən yararlanan Avstriyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?

- Təbii ki, Dağlıq Qarabağ münaqişəsi böyük problemdir. Mən münaqişənin çətinliklərini yaxşı başa düşürəm. ATƏT-in Minsk qrupu bu münaqişənin sülh yolu ilə həll olunmasına töhfəsini verməyə çalışır. Avstriya Avropa İttifaqının üzvü olaraq Minsk qrupunun səylərini dəstəkləyir. Avstriya heç zaman Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb və bizim bu mövqeyimiz dəyişməz olaraq qalır.

- Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “bələdiyyə seçkiləri” keçirildi. Ermənistan Prezidenti son bəyanatında Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia etdi. Bu hadisələrə münasibətinizi bilmək maraqlı olardı.

- Konkret olaraq deyə bilərəm ki, biz Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmədiyimizə görə orada keçirilən “qondarma” seçkiləri də tanımırıq.

Mən qeyd etdiyiniz bəyanatı da uğursuz hesab edirəm. Bu, münaqişənin həlli istiqamətində danışıqlara, vasitəçilərin fəaliyyətinə heç də müsbət təsir göstərmir. Əksinə, belə bəyanatlar münaqişənin sülh yolu ilə həll edilməsinə mane olur. Biz sülhün tərəfdarıyıq. Bu cür bəyanatların səsləndirilməsi təəssüf doğurur.

- İlk Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atletlərin vəziyyəti hazırda necədir?

- Həmin atletlərin vəziyyəti hazırda yaxşıdır. Onların sağlamlığı üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi tədbirlər görüldü. Bu məsələni diqqətdə saxladıqlarına görə xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

- Azərbaycan haqqında təəssüratlarınızı öyrənmək istərdik.

- Təəssüratlarım çox yaxşıdır. Mən ilk növbədə qeyd edim ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Ölkəniz birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Azərbaycanın təbiətinin gözəlliyini, burada iqlimin rəngarəngliyini xüsusi qeyd etmək istərdim. Azərbaycan həm də dünyada qədim tarixi, zəngin mədəni irsi, ədəbiyyatı ilə tanınır. Bu möhtəşəm diyarın tarixini, mədəniyyətini öyrənmək hər kəsdə maraq oyadar.

Onu da qeyd etməliyəm ki, mən Azərbaycan mətbəxinin pərəstişkarıyam. Azərbaycanda tərəvəzlərin keyfiyyətinə heyran qaldım, hətta buradakı tərəvəzlərin Avstriyadan daha keyfiyyətli olduğunu vurğulamalıyam. Azərbaycan xalqı çox istiqanlı və qonaqpərvər xalqdır.

Anar Rzayev

AZƏRTAC-ın müxbiri

Səfir Aksel Vex: Son vaxtlar Avstriyada Azərbaycana maraq xeyli artıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib