MƏDƏNİYYƏT


“Şəhadət" gənclərin vətənpərvərlik  ruhunda tərbiyəsinə töhfədir VİDEO

Bakı, 22 sentyabr, Xəyalə Məmmədova, AZƏRTAC

"Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib. Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv xarakter daşıyan ekran əsərinin təqdimatında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, DTX, Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər.

Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalan, bir sıra xarici ölkələrdəki ekstremist - terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunub. Ekran işində bir tərəfdən Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim edilir. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması, vətənpərvərliyin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" də vətənə sevgi ilə yanaşı, eyni zamanda, dini ekstremizm bataqlığının faciələrinə diqqət çəkilir.

Ekran əsərinin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri komitənin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.