SİYASƏT


Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri geri dönüb

Şuşa, 6 fevral, Elmir Səftərov, AZƏRTAC

Ekoaksiyanın iştirakçıları fevralın 6-də səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaratmışdılar.

AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçın istiqamətindən gələn BQXK-ya məxsus altı minik avtomobilinin aksiya keçirilən ərazidən geriyə - Xankəndiyə doğru hərəkəti təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.