CƏMİYYƏT


Şəhid leytenantın ahıl valideynləri ziyarət olunub

Bakı, 19 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Şirvanda agentlik tərəfindən evdə sosial-məişət xidməti göstərilən tənha ahıl ər-arvadla görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Birinci Qarabağ müharibəsinin şəhidi, leytenant Aqşin Səmədovun valideynləri Solmaz və İnqilab Səmədovların digər övladı da dünyasını dəyişib. Artıq beş aydır ki, onlara agentliyin sosial xidmətçisi tərəfindən səyyar sosial-məişət xidməti göstərilir.

Ailə ilə həmsöhbət olan V.Behbudov onların sosial vəziyyəti ilə maraqlanıb. Uzun illər neftçi kimi çalışan ahılların bundan sonra da dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.

Görüş zamanı şəhidin xatirəsi yad edilib. Onun vətənpərvərliyi və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən bəhs edilib. Şəhidin valideynləri hər zaman dövlət qayğısını hiss etdiklərini bildiriblər.

Qeyd edək ki, agentlik tərəfindən göstərilən sosial xidmətlərdən biri olan - evdə (səyyar) sosial-məişət xidməti üçün əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslər müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.