CƏMİYYƏT


Şəkərli diabet onkoloji xəstəliklərə tutulma riskini xeyli artırır

Bakı, 24 iyul, AZƏRTAC

Şəkərli diabet onkoloji xəstəliklərə tutulma riskini xeyli artırır. Avstraliya, Böyük Britaniya və ABŞ alimlərindən ibarət tədqiqat qrupu bu qənaətə gəlib. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Diabetologiya” jurnalında dərc olunub.

Tədqiqatçılar 20 milyon pasiyent haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, birinci və ikinci tip diabet “həm kişilərdə, həm də qadınlarda bütün növ onkoloji xəstəliklər üçün risk amilidir”.

Alimlərin əldə etdiyi nəticələrdə iştirakçıların cinsi mənsubiyyətindən asılı olaraq bəzi fərqli cəhətlər üzə çıxıb. Belə ki, diabetli qadınların xərçəngə tutulma ehtimalı endokrin xəstəlikləri olmayanlara nisbətən 27 faiz çoxdur. Kişilər üçün bu göstərici 19 faiz təşkil edir. Diabetli qadınlar risk zonasına daxildirlər: onların böyrəklərində, ağız boşluğunda, mədələrində bədxassəli şişlərin, habelə leykemiyanın yaranma ehtimalı yüksəkdir.

Tədqiqatın yekunlarına dair hesabatda deyilir: “Ümumilikdə hesablanıb ki, diabetdən əziyyət çəkən qadınların xərçəngin hər hansı növü ilə xəstələnməsi ehtimalı kişilərdə olduğundan 6 faiz çoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.