REGİONLAR
Şəkidə at yürüşü VİDEO
Şəki, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə aprelin 8-də Şəki rayonunun Daşbulaq düzündə at yürüşü təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Respublika Milli Atüstü Oyunlar Mərkəzinin Şəki filialının təşkilatçılığı ilə keçirilən yürüşdə 12 iştirakçı 20 kilometr məsafə qət edib. Yekun nəticələrə əsasən, Şəkidən olan iştirakçı Elvin Babayev yürüşün qalibi olub. Ağcabədili çapar Elbrus Əliyev və oğuzlu iştirakçı Yavər Namazov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Mərkəzin Şəki filialının direktoru Elman Qədirov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “On milyonuncu sakininin dünyaya gəlməsi ölkəmiz üçün çox əlamətdar hadisədir. Əhalinin sayının artması Azərbaycanda insanların sosial rifahının durmadan yaxşılaşdığını deməyə əsas verir. Fəxr edirik ki, biz artıq 10 000 000-luq ölkəyik”.