DÜNYA


Sel və daşqınlar BƏƏ-nin üç əmirliyində həyatı iflic edib VİDEO

Qahirə, 28 iyul, AZƏRTAC

Son bir sutka ərzində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimal-qərb ərazilərində əlverişsiz hava şəraiti davam edir.

AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, leysan yağışları və güclü sel bu ölkənin Şarjah, Fucarah və Rəs əl Xayma əmirliklərində həyatı iflic edib.

Şarjah əmirliyində bir çox istiqamətlərdə avtomobil nəqliyyatının hərəkəti dayanıb, bəzi yollar dağılıb. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün qonşu əmirliklərdən texnika və xilasedicilər cəlb olunub. Dubay Əmiri Məhəmməd bin Rəşid Al Maktum sel və daşqınlardan zərər görmüş insanlara yardım məqsədilə vəsait ayrıldığını bəyan edib.

BƏƏ-nin əmirliklərində sel və daşqınların fəsadlarının aradan qaldırılması tədbirləri davam edir. Rəsmi mənbələr tərəfindən dağıntı və tələfat barədə məlumat yayılmayıb.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.