İQTİSADİYYAT


Seneqal gömrükçüləri ÜGT-nin Bakıda yerləşən Avropa Regional Ofisinin fəaliyyəti ilə tanış olublar

Bakı, 27 may, AZƏRTAC

Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiayenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədov, Komitənin aidiyyəti strukturlarının əməkdaşları iştirak edib.

DGK-nın ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisindəki nümayəndəsi Mirhəsən Seyidzadə qonaqlara qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, ÜGT-nin 52 üzv ölkəsini əhatə edən Regional Ofisə DGK tərəfindən həm maddi-texniki, həm də kadr təminatı ilə dəstək göstərilir.

Vurğulanıb ki, son illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar, əldə olunan nəticələr bu ilin yanvarında ölkədə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya tərəfindən digər dövlətlərin gömrük administrasiyalarına tövsiyə olunub.

Daha sonra qonaqlara ÜGT-nin Avropa regionunda potensialın gücləndirilməsi istiqamətində üzv dövlətlərin gömrük administrasiyalarına daha səmərəli fəaliyyətin təşkil edilməsi və institusional inkişafın təmin olunması üçün Regional Ofisin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye görüşün yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Qeyd edilib ki, gələcəkdə bu cür tədbirlərin təşkili mövcud əlaqələrin daha da dərinləşməsinə, eləcə də təcrübə mübadiləsi istiqamətində səmərəli nəticələrin əldə olunmasına şərait yaradacaq.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.