İDMAN


Sərbəst güləşçilərimiz U-17 dünya çempionatında daha 3 medal qazanıblar

Bakı, 31 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, mundialın sonuncu günündə - iyulun 31-də sərbəst güləş üzrə millimiz daha 3 medal qazanıb.

Güləşçimiz Bəşir Verdiyev (45 kq) ukraynalı Vladislav Çornovilə (10:0), gürcüstanlı Nikolos Botçorişviliyə (4:3) və moldovalı Konstantin Rusuya (5:0) qalib gələrək finala yüksəlib. Ancaq həlledici görüşdə ABŞ idmançısı Domenik Munarettoya 0:2 hesabı ilə uduzan B.Verdiyev gümüş medalla kifayətlənib.

Elman Ağayev (51 kq) türkiyəli Mustafa Karabuğa (14:4) və özbəkistanlı Abbasbek Kobilov (6:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Finalın bir addımlığında iranlı Məhəmməd Əsədiylə (2:12) bacarmayan E.Ağayev qırğızıstanlı Bayaman Kərimbekovu 4:1 hesabı ilə üstələyərək bürünc medal qazanıb.

Ağanəzər Novruzov (71 kq) avstriyalı Məhəmməd İnşapiyevə (12:0), ukraynalı Timur Yusova (12:10) və gürcü Nikolos Maysuradzeyə (2:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ancaq finalın bir addımlığında italiyalı Raul Kasoya minimal fərqlə uduzub – 1:2. Təmsilçimiz bürünc medal uğrunda qarşılaşmada hindistanlı Narender Narenderə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ötən gün sərbəst güləşçilərimizdən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) çempionatda qızıl medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.