İDMAN


Sərbəst güləşçimiz Abubakr Abakarov dünya Olimpiya təsnifat turnirində bürünc medal qazanıb

Bakı, 6 may, AZƏRTAC

Sərbəst güləşçimiz Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya Olimpiya təsnifat turnirində bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirində 86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz israilli Uri Kalaşnikovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Növbəti görüşdə güləşçimiz Sandro Aminaşvili (Gürcüstan) ilə qarşılaşıb. Xalçadan qalib ayrılan A.Abakarov dörddəbir finalda qazaxıstanlı Azamat Dauletbekovu məğlub edib. Təmsilçimiz növbəti görüşündə Boris Makoyevə (Slovakiya) məğlub olub. Təmsilçimiz mayın 7-də üçüncü yer uğrunda görüşdə Tapani Heynoya (Finlandiya) qalib gələrək turnirin bürünc medala sahib olub.

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.