DÜNYA


Sercio Mattarella: Terrorçuların ekstradisiyası barədə Fransa ilə razılıq əldə olunmasına ehtiyac var

Roma, 22 aprel, AZƏRTAC

İtaliya və Fransa ekstradisiya kimi həssas bir məsələdə razılığa gələ biləcək.

AZƏRTAC romadailynews.it saytına istinadla xəbər verir ki, bu fikri İtaliya Prezidenti Sercio Mattarella Fransanın “Politique Internationale” jurnalına müsahibəsində söyləyib.

Sercio Mattarella ölkəsinin ötən əsrin 70-ci illərində çox çətinliklərlə qarşılaşdığını, lakin demokratiya prinsipləri və qanunun aliliyi sayəsində terrorizm üzərində qələbəyə nail olduğunu bildirib. O, italyan terrorçuların ekstradisiyası haqqında Fransa ilə razılıq əldə edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edilir ki, İtaliyadan olan təxminən 15 nəfər keçmiş solçu terrorçu Fransada yaşayır.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.