ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunda Seyid Cəfər Pişəvəri haqqında kitab nəşr olunub
Bakı, 25 sentyabr, AZƏRTAC
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 2009-cu ildə Bakıda Azərbaycan dilində, daha sonra Tehranda farsca və Trabzonda türkcə çap edilmiş “Mübarizə burulğanında keçən ömür - Seyid Cəfər Pişəvəri (Həyatı və ictimai-siyasi fəaliyyəti)” kitabı rus dilində nəşr olunub.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabda görkəmli ictimai və siyasi xadim, mütəfəkkir ziyalı Seyid Cəfər Pişəvərinin həyat yolu və mübarizəsindən bəhs edilir. Kitabda çoxsaylı mənbələr və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının çalarları, milli-demokratik hərəkatda xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra həyatının son günləri tədqiq və təhlil edilir. Nəşrdə S.C.Pişəvərinin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, mübarizə meydanında olduğu məqamlardan, zindan divarları arasındakı keçirdiyi günlərdən bəhs edilir, onunla bağlı müxtəlif sənədlər, müraciətlər, məktublar, zindan dəftərlərindən xatirələr təqdim olunur.
Kitab geniş oxucu kütləsi, orta və ali təhsil müəssisələrinin şagird və tələbələri, S.C.Pişəvəri irsi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.