CƏMİYYƏT
Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görülüb
Bakı, 5 iyul, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb. İcazələri olmadan və yaxud iş üçün icazəsi olub istirahət məqsədilə rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:05]
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
- 26.04.2024 [14:02]
“Bilim hər yerdə” layihəsi Laçında
- 26.04.2024 [13:47]
“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib
- 26.04.2024 [13:12]
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
- 26.04.2024 [12:49]
DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb
- 26.04.2024 [12:48]