REGİONLAR


Şərur rayonunda yeni üzüm bağları salınacaq

Şərur, 31 avqust, AZƏRTAC

Bu il muxtar respublikanın Şərur rayonunda 107 hektar sahədə üzüm bağları salınıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən ilin payızında rayonda 2 hektar sahəyə 40 min üzüm tingi əkilib. Becərilən tinglərdən bu ilin payızında yeni bağların salınması üçün istifadə ediləcək.

Suya tələbatı az olan üzüm tənəklərindən yaxşı becərmə nəticəsində götürülən bol məhsuldan əldə edilən qazanc bağların artırılmasına münbit şərait yaradır.

Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsinə və istehsalının artırılmasına, üzüm bağlarının salınmasına şərait yaradıb. Şərur üzümçüləri də bu sahənin inkişafına öz töhfələrini verməyə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.