DÜNYA


Səudiyyə Ərəbistanında “Skype” və digər messencerlər vasitəsilə zənglərə qoyulmuş qadağa ləğv edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı hakimiyyəti "Skype", "WhatsApp", "Facebook Messenger", "Viber" və başqa analoji xidmətlər daxil olmaqla, məşhur messencerlər vasitəsilə səsli və videozənglərə qoyulmuş qadağanı ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin hakimiyyət orqanları messencerlərin monitorinqini həyata keçirəcək və qanunsuz məzmunu bloka salacaq. Kommunikasiya və informasiya texnologiyaları üzrə komissiyanın nümayəndəsi bildirib ki, istifadəçilər heç bir halda ölkə daxilində və ya xaricə monitorinqsiz və senzurasız zəng edə bilməyəcək.

"Reuters" agentliyi xatırladır ki, 2013-cü ildə Səudiyyə Ərəbistanı hakimiyyəti qonşu ölkələr kimi internetə ciddi məhdudiyyətlər tətbiq etmişdi. Bu, messencerlərin etirazçı fəallar və qiyamçılar tərəfindən istifadə edilməsi ilə bağlı narahatçılıqla izah edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.