DÜNYA
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda axtarış aparılacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Səudiyyə Ərəbistanı vətəndaşı jurnalist Camal Kaşıkçının itkin düşməsi barədə suala yazılı cavab verib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Hami Aksoy məhkəmə, polis və kəşfiyyat orqanlarının vəziyyətə nəzarət etdiyini deyib.
“Konsulluq münasibətləri barədə Vyana müqaviləsinə əsasən, konsulluq binalarının toxunmazlığı ilə bərabər diplomatik missiya rəhbərinin razılığı ilə ev sahibi ölkə tərəfindən konsulluq binasında axtarış aparıla bilər. Səudiyyə Ərəbistanı əməkdaşlığa hazır olduğunu bildirib. Təhqiqat çərçivəsində konsulluq binasında axtarış aparılacaq”, - deyə Aksoy bildirib.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və itkin düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]