MƏDƏNİYYƏT


“Sevilənlər sevənlər” rubrikası davam edir

Bakı, 15 sentyabr, AZƏRTAC

Respublika Gənclər Kitabxanasının keçirdiyi “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı Azərbaycan–Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova olub.

AZƏRTAC xəbər verir ki, ABŞ-dan birbaşa bağlantı edən Münəvvər Vahabova karantin rejimi altında keçən gündəlik həyatında mütaliəyə daha çox yer ayırdığını deyib.

Görüş zamanı Münəvvər Vahabova izləyicilərin suallarına əsasən ABŞ-a ilk gəlişindən, xarici dil biliyi və təhsilin əhəmiyyətindən söz açıb. Söhbət əsnasında iki dövlətin adət və ənənələri, mədəniyyəti, mütaliəyə marağı arasında paralellər apararaq kitab təbliğatı, kitabxana mövzusunda dəyərli fikirlər söyləyib.

Öz fəaliyyətində Azərbaycan-ABŞ mədəni əlaqələrinin inkişafına geniş yer verən və bu sahədə vətənpərvərliyi ilə seçilən Münəvvər Vahabova bir vaxtlar Nyu-Yorkda fəaliyyət göstərən “Azərbaycan Evi” haqqında da məlumat verib.

Canlı yayım zamanı qonaq izləyicilərin suallarını cavablandırıb.

Sonda o, bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib və Respublika Gənclər Kitabxanasının əməkdaşlarının simasında bütün kitabxana sahəsində fəaliyyət göstərən insanlara uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.