REGİONLAR


Seyfəddin Talıbov: Son illər ölkəmizdə arı ailələrinin sayı iki dəfəyə yaxın artaraq 503 minə çatıb

Qax, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Kənd təsərrüfatı elə bir sahədir ki, peşəsindən, tutduğu vəzifəsindən, milliyyətindən asılı olmayaraq, bütün insanların, ailələrin həyatına birbaşa təsir edir. Hazırda ərzaq təhlükəsizliyinin etibarlı təminatı məsələsi təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox vacib, strateji bir məsələyə çevrilib. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, dünyada əhali artımı böyük sürətlə gedir. Bu baxımdan, ərzaq təhlükəsizliyinə çox ciddi töhfə verən sahələrdən biri də məhz arıçılıqdır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qaxda keçirilən III Bal bayramında iştirak edən Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

S.Talıbovun sözlərinə görə, arıçılıq dünyada yeganə sahədir ki, onun inkişafı digər sahələrin inkişafına heç bir mənfi təsir göstərmir, təbii ehtiyatları azaltmır. Əksinə, digər sahələrdə məhsuldarlığın artırılmasına, tozlanmanı daha da sürətləndirməklə istər bağçılığın, istərsə də kənd təsərrüfatının digər sahələrinin inkişafına çox yaxşı təsir göstərir. Ona görə də, təbii iqlim şəraiti imkan verən dünya ölkələrində arıçılığın inkişafı xüsusi diqqətdə saxlanılır və bu sahə dövlət dəstəyi ilə əhatə olunur.

Nazirliyin rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ölkəmizdə arıçılığa xüsusi dövlət dəstəyinin verilməsi çox qısa bir zamanda öz müsbət təsirini göstərməkdədir: “İki il bundan əvvəl Azərbaycanda təxminən 270 min arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı artaraq 503 minə çatıb. Altı mindən çox insan bilavasitə arıçılıqla məşğul olur. Arıçılığın rentabelliliyi, əldə edilən gəlirin yüksək olması əhalinin bu sahəyə marağının artmasına səbəb olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.