CƏMİYYƏT


Səyyar laboratoriya vasitəsilə ictimai-iaşə obyektlərində ölçmə işləri aparılacaq

Bakı, 24 iyun, AZƏRTAC

Bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğulara vaxtaşırı texniki xidmət göstərilmədiyindən və havaya normadan artıq tullantı atıldığından əhalidə narahatlıq yaradan həmin vəziyyətin aradan qaldırılması üçün iaşə obyektlərində növbəti monitorinq və nəzarət tədbirləri keçiriləcək, səyyar laboratoriya vasitəsilə yerində ölçmə işləri aparılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, iyulun 1-dən etibarən təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğu yoxlanılacaq. Havaya atılan tullantıların miqdarı yol verilən qatılıq həddini keçərsə, həmin obyektlərin istismarçıları barəsində qanunamüvafiq tədbirlər görüləcək və onlar nəzarətə götürüləcək: “İaşə obyektlərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu bir daha yoxlasınlar, səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işlərində nümayəndələrinin iştirakını mütləq təmin etsinlər”.

N.Mahmudovun sözlərinə görə, atmosferə atılan tullantıların norma həddində olması və həmin məsələnin daim diqqətdə saxlanılması məqsədilə əvvəlcədən yerli icra hakimiyyətlərinə, ictimai-iaşə obyektlərinin istismarçılarına xəbərdarlıq məktubları göndərilib, təmizləyici qurğulara texniki xidmət göstərilməsi üçün obyekt sahiblərinə bu ayın sonunadək vaxt verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.