İDMAN


“Shuttle Time Azerbaijan 2022” layihəsi davam edir

Bakı, 30 noyabr, AZƏRTAC

“Shuttle Time Azerbaijan 2022” layihəsi tam sürətlə davam edir.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, budəfəki ünvan Qax şəhəridir. Beynəlxalq sertifikatlı məşqçi heyətimiz tərəfindən şagirdlərə həm badminton haqqında məlumat verildi, həm də praktiki məşğələlər həyata keçirildi.

İnteraktiv və əyləncəli badminton oyunlarının keçirildiyi tədbirin sonunda iştirakçılara badminton ləvazimatı da hədiyyə edildi.

Qeyd edək ki, layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra olunur.

Bu günə qədər Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncə və Naxçıvan şəhərlərində həyata keçirilən layihə Şamaxı, Tovuz və Sabirabad rayonlarında da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.