DÜNYA
Şimali Reyn-Vestfaliyada müxalifət qalib gəlib
Berlin, 17 may, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində parlament seçkilərində Xristian-Demokratik İttifaqı (XDİ) partiyası qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu, sosial-demokratlar, müstəqil demokratlar və yaşıllar koalisiyasının bu yaxınlardakı qələbəsi və AFR bundestaqına son ümumxalq seçkilərində xristian-demokratların müxalifətə keçməsi fonunda gözlənilməz olub.
XDİ Şimali Reyn-Vestfaliya landtaqına seçkilərdə səslərin 35,7 faizini toplamağa nail olub. İkinci yeri sosial-demokratların təmsilçiləri qazanıb. Onlar 26,7 faiz səs toplayıblar. Bu göstəricilər Şimali Reyn-Vestfaliya əyalətində keçirilən seçkilərin tarixində ən məyusedici hesab olunur.
Üçüncü yeri 18,2 faiz səslə “yaşıllar”ın nümayəndələri tutub. Bu da əvvəlki seçkilərlə müqayisədə 11,8 faiz yaxşı nəticədir.
Yeni landtaqda XDİ 76 yerə, sosial-demokratlar – 56, “yaşıllar” – 39, “Almaniya üçün Alternativ” və Müstəqil demokratik partiyaları isə hərəyə 12 yerə sahib olublar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin