CƏMİYYƏT
Siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 6 fevral, AZƏRTAC
Siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 7 fakt üzrə 9720 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn müxtəlif markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 9720 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.