CƏMİYYƏT


Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Sərəncamda bu quruma edilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Kollegiyanın təşəbbüsü ilə Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının qərargahında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Vəkillər Kollegiyasının bir qrup üzvləri 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin ölkəmizin digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.