Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyasət, cinayət və komediya bir arada

Siyasət, cinayət və komediya bir arada

Bakı, 20 yanvar, AZƏRTAC

Fransada aprel ayında keçiriləcək prezident seçkiləri marafonunda baş verən hadisələr təəccübləndirməkdə davam edir. Dörd ildən bir keçirilən prezident seçkiləri və bu seçkilər ərəfəsində baş verən sürprizlər ölkədə siyasi əxlaqın deqradasiya miqyasının artdığını göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O deyib: “Builki seçkilər ərəfəsində Fransa cəmiyyətinin təəccübü və təəssüfü onunla bağlı oldu ki, Fransanın prezidenti seçilməyə iddialı olan şəxslər nədənsə ilk növbədə Fransa seçicilərinə yox, Ermənistan vətəndaşlarına müraciət etdilər. Təbliğat kampaniyası başlayan kimi prezidentliyə namizəd ultrasağçı Erik Zemmurun Ermənistana səfəri Fransa seçki kampaniyasına qəribə bir yenilik gətirdi. Türkiyə ərazisində ucalan əzəmətli Ağrıdağın fonunda Ermənistanda bir təpənin üstünə çıxıb foto çəkdirən Erik Zemmurun seçkilərdə qalib gəlmək üçün Ağrıdağa “dua etməsi” siyasət tarixində görünməmiş ucuzluq kimi sadə fransızları utandırdı. Seçkilərə daha iddialı şüarlarla qatılan Valeri Pekres də öz seçkiqabağı təbliğatını Ermənistandan başladı. Fransa sosial şəbəkələrində bunun fransızlar üçün utandırıcı addım olması haqqında çoxsaylı şərhlər yazıldı. Amma bu Yelisey sarayını fəth etmək üçün Ermənistana səfər etmiş ikinci namizədi dayandıra bilmədi. O, öz həmkarından da irəli gedərək, Ermənistanda öz seçki platformasını Ermənistan vətəndaşlarına və hakimiyyətinə təqdim etdikdən sonra daha orijinal təbliğat addımı atdı. Valeri Pekres öz ölkəsindən kənarda iki dövlətin - Ermənistanın və Azərbaycanın sərhəd qanunlarını pozaraq gizli yolla Ermənistandan Azərbaycan ərazilərinə keçdi. Detektiv janrlı filmlərdə olduğu kimi, libasını dəyişmək və ya sifətini gizlətməklə üçüncü ölkənin ərazisinə gizli yolla daxil olmaq bütün ölkələrdə, o cümlədən Fransanın özündə də cinayət aktı hesab olunur. Hələ bu da o qədər təəccüblü deyil. Çünki Fransa siyasətçilərinin seçkilərdə qalib gəlmək üçün əvvəllər də bir sıra cinayət əməlləri törətməsini hələ keçən il Fransa məhkəmələri də təsdiqləmişdi. Ona görə də prezidentliyə namizədin öz karyerasının ən həssas məqamında belə bir cinayət hərəkətinə yol verməsini artıq ənənə hesab edərək təəccüblənməmək olardı. Amma bu cinayət haqqında məlumatın mediaya çıxmasından sonra baş verənlər gülünc doğuracaq qədər daha təəccüblü oldu”.

C.Feyziyev qeyd edib ki, Azərbaycan Prezidenti yerli telekanallara müsahibəsi zamanı verilən suallardan birini cavablandırarkən Valeri Pekresin gizli yolla Qarabağ ərazisinə gəldiyini və yalnız Azərbaycan ərazisini tərk etdikdən sonra bu xəbərin məlum olduğunu bildirdi. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkə sərhədlərinin qeyri-qanuni keçilməsi faktı vaxtında məlum olsaydı sərhəd pozucusu müvafiq qurumlar tərəfindən saxlanılardı. Dövlətimizin başçısının bu cinayət faktına konkret reaksiyası və qanunauyğun şərhi nədənsə “demokratik” Fransanın “demokratik” siyasətçilərini qıcıqlandırdı. Siyasət aləmində bu qədər təəccüb doğuran komik açıqlamalar da bundan sonra verildi.

Deputat deyib: “Valeri Pekresin seçki qərargahı hələlik başında rəqibi dayanan Fransa hökumətinə müraciət edərək prezidentliyə namizədin xarici ölkə ərazisində törətdiyi cinayət hərəkətinə verilmiş ədalətli şərhə qarşı mövqe bildirməyə səslədi. Fransa siyasətində uzun müddət külüng çalmış təcrübəli İv lö Drian seçkilərdə rəqib komandanın müraciətinə dünən cavab verdi. Azərbaycan Prezidentinin şərhinin “qəbuledilməz” olduğunu bildirən nazir, eyni zamanda, xarici ölkəyə səfər edən siyasətçilərin ölkənin xarici siyasət idarəsindən icazə almalı olduğunu bildirdi. Düşünmək olardı ki, nazir Valeri Pekresin qanunauyğun şəkildə Azərbaycan ərazisinə daxil olmaq üçün Azərbaycan XİN-dən icazə alınmasının zəruriliyindən danışır. Amma belə olsaydı heç təəccüblənməli və gülməli bir şey də olmazdı. Prezidentliyə namizədin qərargahı bəyan etdi ki, “…namizəd Pekres namizəd Makrondan icazə almağı heç ağlına belə gətirmir”. Beləliklə, nazirə verilən cavabdan aydın oldu ki, sən demə, Fransa Respublikasının xarici işlər naziri İv lö Drian Valeri Pekresin Azərbaycan Xarici İşlər Nazirliyindən yox, məhz ondan icazə almasını nəzərdə tuturmuş. Qəribə məntiqdir, deyilmi? Nazir başqa ölkənin ərazisində cinayət törətmək üçün siyasətçilərin ondan icazə almasını istəyirmiş. Seçkilər ərəfəsində bundan daha təəccüblü və komik bir səhnənin yaşanacağını güman etmirəm. Amma kim bilir, Fransa siyasətçiləri dünya siyasətinə daha nə kimi “yeniliklər” gətirə bilər? Məsələn, Paşinyanın sınıq-salxaq Ermənistanda baş nazir olmaqdansa, siyasəti bütün istiqamətlərdə deqradasiyaya uğramış Fransada prezident seçilməsi daha yaxşı olmazdımı?

Bilmirəm, fransız seçicilərini Pekresin cinayəti daha çox təəccübləndirir, yoxsa İv lö Drianın cavabı və icazə tələbi. Amma baş verənlər doğrudan da dünya siyasi təcrübəsində heç vaxt rast gəlinməmiş, analoqu olmayan bir məzhəkədir. Görünür, fransız siyasəti klassik janrdan siyasi məzhəkə janrına keçid alır. Bundan sonra “demokratik” Fransada siyasət, cinayət və komediya bir arada olacaq. Fransız seçicilərin təəccübünə və təəssüfünə baxmayaraq”.

Fransa siyasətçilərinin bu oyunbazlığına qiymət verməyin ilk növbədə fransız seçicilərin işi olduğunu vurğulayan Cavanşir Feyziyev deyib: “Fransa Xarici İşlər naziri də, prezident seçkilərində heç olmasa maliyyə dəstəyi naminə ermənilərin çirkli və qanlı əllərini öpməyə hazır olan namizədlər də öz hərəkətlərini və bəyanatlarını özlərinin elan etdikləri hüquqi dövlət prinsipləri çərçivəsində səsləndirməlidirlər. Onların Azərbaycanın sərhəd qanunlarına saymazlıq göstərməsi, xüsusilə də Azərbaycan Prezidentinin sözlərinə onların məsuliyyətsiz şərhi qəbuledilməzdir və ikrah doğurur. Azərbaycan dövləti nisbətən gənc olmasına baxmayaraq öz müstəqilliyini və milli maraqlarını öz gücünə qorumağı bacaran bir dövlətdir. Bunu 30 il davam edən bir münaqişənin Fransanın bütün destruktiv səylərinə baxmayaraq Azərbaycanın özü tərəfindən həll etməsi də bir daha sübut etdi. Növbəti seçkilərdən sonra Yelisey sarayına təntənəli giriş əvəzinə Azərbaycan həbsxanasına girməmək üçün bugünkü reallığı ermənilər kimi Fransa siyasətçilərinin də düzgün anlaması faydalı olardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq