İDMAN


Sloveniya-Azərbaycan oyununda qalib müəyyənləşməyib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 11-də futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Lyublyana şəhərindəki "Stojitse" stadionunda təşkil olunan matçda millimizin start heyətində meydana Emil Balayev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Azər Salahlı, Mahir Emreli və Tellur Mütəllimov çıxıblar.

Sloveniya seçməsinin ilk on birliyində isə Vid Belets, Neyts Skubiç, Mario Yurçeviç, Kenan Bayriç, Mixa Mevlya, Yasmin Kurtiç, Sandi Lovriç, Qnezda Çerin, Mixa Zayts, Tim Matavj və Yosib İliçiç yer alıblar.

Macarıstanlı baş hakim Ferenc Karakonun idarə etdiyi oyunda hesab açılmayıb.

Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gəlib. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, üç gün sonra isə Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.