DÜNYA


Son 24 saatda dünyada koronavirusa 420 minə yaxın yoluxma qeydə alınıb

Bakı, 20 iyul, AZƏRTAC

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 418 mindən çox artıb.

AZƏRTAC pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 418 min 270 nəfər yeni koronavirusa yoluxub, 6 min 840 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 191 milyon 691 min 778, ölənlər isə 4 milyon 112 min 556 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35 milyon), Hindistan (31,1 milyon), Braziliya (19,3 milyon), Rusiya (5,9 milyon), Fransa (5,8 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.