REGİONLAR


Son on ildə muxtar respublikada 77 min uşaq dünyaya gəlib

Naxçıvan, 15 fevral, AZƏRTAC

Ötən il muxtar respublikada 5 min 415 körpə doğumu qeydə alınıb. Doğulanların 2 min 853-nü və ya 52,7 faizini oğlanlar, 2 min 562-ni və ya 47,3 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 64-ü əkiz olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ildə muxtar respublikada doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Uğur və Məhəmməd, qızlara isə Fatimə, Nilay, Zəhra, Məryəm və Zeynəb adları qoyulub. Ümumilikdə, son 10 ildə muxtar respublikada 77 min uşaq doğulub.

Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm göstəricisini aşağı salıb. Muxtar respublikada 2009-cu ildə ölüm göstəricisi əhalinin hər min nəfərinə hesabı ilə 5,3 nəfər olubsa, 2019-cu ildə bu göstərici 4,5 nəfər təşkil edib. Qeydə alınmış bu göstərici ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı səviyyədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.