SİYASƏT


Son saatlarda Ermənistan ordusunun daha səkkiz döyüş texnikası məhv edilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son saatlarda düşmənin daha səkkiz döyüş texnikasının məhv edilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin “Uraqan” yaylım atəşli reaktiv sistemi, “OSA” zenit-raket kompleksi və üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa topu məhv edilib.

Nazirliyin mətbuat xidməti düşmənin döyüş texnikalarının sıradan çıxarılmasını əks etdirən görüntüləri paylaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.