DÜNYA
Son sutka ərzində Misirdə COVID-19 virusundan 38 nəfər həyatını itirib
Qahirə, 5 iyun, AZƏRTAC
Misirin Səhiyyə Nazirliyi iyunun 4-də yeni növ koronavirus pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1152 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 29 min 767 olub. O əlavə edib ki, son sutka ərzində Misirdə daha 38 insan yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1126 nəfərdir. Bundan başqa, karantin xəstəxanalarında müalicə olunan 523 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 7 min 756 nəfərə çatıb.
Qeyd olunub ki, koronavirusa yoluxanların arasında Misir Səhiyyə nazirinin müşaviri də var. Hökumətin qərarına əsasən, artıq xarici ölkələrdən gələn misirlilər üçün 14 günlük məcburi karantin rejimi ləğv edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə