DÜNYA


Son sutkada Qırğızıstanda koronavirusa 330 nəfər yoluxub

Bişkek, 14 oktyabr, АZƏRTAC

Son sutkada Qırğızıstanda COVID-19-a 330 nəfər yoluxub və pandemiya dövründə bu göstərici 50 min 201 nəfər təşkil edib.

AZƏRTAC Qırğızıstanın Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 172 xəstə sağalıb və evə buraxılıb. Sağalanların ümumi sayı 44 min 884 nəfərdir. Son gündə 7, pandemiya dövründə isə 3 min 456 tibb işçisində koronavirusa yoluxma halı qeydə alınıb.

Xəstəxanalarda 1960, ev şəraitində1801 pasiyentin müalicə edildiyi bildirilir.

Son gündə 2, pandemiya dövründə isə 1094 pasiyent həyatını itirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.