İQTİSADİYYAT


Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib

Moskva, 23 may, AZƏRTAC

Soydaşımız Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru vəzifəsinə təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə zavodun yaydığı press-relizdə məlumat verilib. A.Şirinov həm də “Ford Sollers” birgə müəssisəsinin prezidentidir.

O, 1964-cü ildə Bakıda doğulub, Nijni Novqorod Xarici Dillər İnstitutunu və Sankt-Peterburq Beynəlxalq Menecment İnstitutunu bitirib. Rusiyada avtomobil istehsalı sahəsində qabaqcıl mütəxəssislərindən sayılan A.Şirinov “Ford Sollers” birgə müəssisəsində bir sıra mühüm layihələrə rəhbərlik edib.

UAZ Rusiyanın “Sollers” konserninə daxildir. Hazırda zavod “Hanter”, “Patriot”, “Pikap” markalı avtomobillərin, eləcə də güc strukturları üçün nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.