DÜNYA
“SpaceX” kompaniyası ilk kosmik turistinin adını açıqlayacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
“SpaceX” kompaniyası Ay ətrafında səyahətə yollanacaq ilk kosmik turistinin adını açıqlayacaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, turistin adı sentyabrın 17-də keçiriləcək xüsusi tədbirdə elan ediləcək.
Turisti aparacaq kosmik gəmi ağır “Big Falcon Rocket” raketi ilə fəzaya qalxacaq. O, iki hissədən ibarətdir. Onlardan biri gəmini orbitə çıxaracaq, digəri isə Ay ətrafında dövrə vuracaq.
Hazırda iki nəfərin “SpaceX” kompaniyasından kosmik turist bileti aldığı bildirilir. Onların adları açıqlanmır. Kompaniyanın rəhbəri İlon Mask 2019-cu ildə “Big Falcon Rocket” raketinin ilk sınağını keçirməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]