İDMAN
“Sportinq”in stadionuna Kriştiano Ronaldonun adı verilə bilər
Bakı, 10 aprel, AZƏRTAC
Portuqaliyanın “Sportinq” futbol klubunun rəhbərliyi komandanın stadionuna Kriştiano Ronaldonun adını vermək qərarına gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda “Jose Alvalade” adlanan stadionun adının “Jose Alvalade CR7” kimi dəyişdiriləcəyi iddia olunur. Bununla “Sportinq”in əlavə gəlir əldə etmək istədiyi bildirilir.
Qeyd edək ki, Portuqaliya millisinin 34 yaşlı hücumçusu “Sportinq”in aşağı yaş qruplarında oynadıqdan sonra 2002-ci ildə əsas komandada debüt edib. Ronaldo “Sportinq”dən 2003-cü ildə 19 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunub. Hazırda “Yuventus”da forma geyən portuqaliyalı hücumçu cari mövsümdə keçirdiyi 36 oyunda 24 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]