DÜNYA


Şri-Lankada 180 dərman preparatı tükənmək üzrədir

Bakı, 23 may, AZƏRTAC

Şri-Lanka xəstəxanalarında 180 dərman preparatının ehtiyatları qurtarmaq üzrədir.

AZƏRTAC “The Economic Times” qəzetinə istinadla xəbər verir ki, həmin preparatlar arasında onkoloji xəstələrin müalicəsi və orqan transplantasiyası keçirən pasiyentlərin reabilitasiyası üçün lazım olan dərmanlar da var.

Şri-Lanka Tibb İşçiləri Assosiasiyasının məlumatına görə, dərmanların və tibbi avadanlıqların çatışmazlığı səbəbindən həkimlər planlaşdırılan əməliyyatları təxirə salmağa məcbur olur ki, bu da bir çox xəstənin ölümü ilə nəticələnə bilər.

Dərman çatışmazlığına xarici maliyyə strukturlarında akkreditivlərin açılması zamanı baş verən gecikmələr səbəbindən tədarükün dayanması, həmçinin zəruri dərmanlara və tibbi avadanlıqlara görə ödəniş edilməsi üçün valyuta çatışmazlığı səbəb olub. Hazırda Hindistan, Yaponiya və digər donor ölkələr dərman təminatında Şri-Lankaya yardım etmək qərarına gəliblər, lakin onların çatdırılması üçün dörd ay vaxt lazımdır.

1948-ci ildə müstəqillik əldə etdikdən bəri Şri-Lanka ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub. Hazırda 51 milyard dollara çatan dövlət borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.