MƏDƏNİYYƏT


Stalik Xankişiyev: Yaxın illərdə Şuşa cənnətə çevriləcək

Bakı, 7 may, AZƏRTAC

Artıq ikinci dəfədir ki, Şuşadayam. Birinci dəfə iki həftə bundan əvvəl, burada Dünya Azərbaycanlılarının Qurultayı keçirilən vaxt olmuşam. İşğaldan azad edilmiş əraziləri görmək çox qürurvericidir.

Azərbaycan mənşəli məşhur kulinar, Şuşada Birinci Beynəlxalq Kulinariya festivalında iştirak edən Stalik Xankişiyev bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

O deyib: “Burada gördüklərim – dağıdılmış evlər, qarət edilmiş torpaqlar məni sarsıtdı. Hesab edirəm ki, hər bir azərbaycanlı Şuşaya gəlməli, düşmənlərin burada törətdikləri vəhşilikləri öz gözü ilə görməli və yadda saxlamalıdır”.

S.Xankişiyev qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilmiş belə bir genişmiqyaslı festivalın məhz Şuşada keçirilməsi təsadüfi deyil. Tanınmış kulinar vurğulayıb: “Biz görürük ki, bu şəhərin abadlaşdırılması, bərpası və yenidən qurulması üçün genişmiqyaslı işlər aparılır. Yaxın illərdə Şuşa cənnətə çevriləcək. İnsanlar buraya qayıdacaq, burada yaşayacaqlar”.

Stalik Xankişiyev sonda deyib: “İnsanlar bu mənzərəni öz gözü ilə görməlidirlər. Mən burada gördüklərimi öz uşaqlarıma və nəvələrimə danışacağam, onlar da öz övladlarına və nəvələrinə danışacaqlar. Doğma torpağı qorumaq lazımdır. Bu, bizim ən qiymətli sərvətimizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.