İQTİSADİYYAT
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin elektron xidmətləri “Elektron hökumət” portalına inteqrasiya olunmuşdur
Bakı, 20 iyun (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) elektron xidmətləri “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunmuşdur.
SMPDK-dan AZƏRTAC-a bildirilmişdir ki, portal vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilmiş xidmətlərə “Xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu”, “Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu”, “Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu”, “Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi”, “Apelyasiya şurasına etirazın (ərizənin) verilməsi” e-xidmətləri daxildir.