SİYASƏT
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib VİDEO
Şuşa, 15 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 66 gündür davam edir. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 5 minik, 23 təminat-təchizat avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.