İQTİSADİYYAT
“Sumqayıt Kimya Sənaye Parkı”nın nəzdində Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib
Bakı, 3 avqust, AZƏRTAC
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün tələbə qəbulu elan edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tələbə qəbulu torna və frezer dəzgahların operatoru, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, avtomatika üzrə usta, bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, veb-dizayner və proqram təminatçısı, qrafik dizayner ixtisaslar üzrə elan edilib.
Təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər. İlkin müraciətlər Peşə Təhsil Mərkəzinin Elektron müraciət sistemi (https://bit.ly/37f2OCq) vasitəsilə aparılır.
Əlavə məlumat üçün telefon: (051) 205-97-54; (051) 205-43-82. E-poçt: [email protected]