Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Sumqayıt Məhkəmə Kompleksi 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətləri göstərəcək

Sumqayıt, 7 sentyabr, AZƏRTAC

Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti rəhbər işçilərin və hakimlərin, Milli Məclisin deputatlarının, həmçinin Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçilərinin, hüquqşünas alimlərin, vətəndaş cəmiyyəti və çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə yeni məhkəmə kompleksinin geniş təqdimatı keçirilib, mediatur təşkil olunub.

Bildirilib ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə sistemində islahatlar uğurla davam etdirilir, bu sahədə mühüm “yol xəritəsi” olan Prezidentin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı ardıcıl tədbirlər görülür. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində rəqəmsal innovasiyalar tətbiq olunmaqla yüksək texnoloji – “hi-tech” məhkəmə bina və kompleksləri inşa olunaraq istifadəyə verilir.

Diqqətə çatdırılıb ki, son 17 ildə dövlət büdcəsi hesabına və Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35 məhkəmə, elə bir o qədər də ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslərin tikilərək istifadəyə verilməsi dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində məhkəmə-hüquq sistemində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.

Ötən dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi üçün müasir, əsl Ədalət Sarayı olan möhtəşəm bina inşa olunaraq istifadəyə verilib. Dövlət başçısı, həmçinin Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal, Nərimanov, Binəqədi və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında iştirak edib. Bu ilin mayında isə dövlət başçısının iştirakı ilə Suraxanı Rayon Məhkəməsinin yeni inşa olunmuş müasir binası istifadəyə verilib. Açılış zamanı dövlət başçısına Masallı rayonunda inşa olunmuş Məhkəmə Kompleksinin virtual təqdimatı keçirilib və sonra geniş mediatur təşkil olunmaqla ictimaiyyətə təqdim edilib. Sumqayıt Məhkəmə Kompleksi isə respublikamızda inşa olunan sayca dördüncü məhkəmə kompleksidir.

İctimaiyyət və media nümayəndələri kompleksdə Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər salnaməsinə, işğaldan azad edilmiş doğma torpaqlarımızda dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı və nəcib təşəbbüsləri ilə aparılan nəhəng bərpa-quruculuq işlərinə həsr edilən stendlərlə tanış olublar.

Məlumat verilib ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə ədliyyə və məhkəmə sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr quraşdırılıb.

Sonra kompleksdə məhkəmə iclas zalları, ictimai və inzibati zonalar, hakimlər üçün və digər otaqlarla, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və innovasiyalarla tanışlıq olub.

Bildirilib ki, binada quraşdırılmış müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır. Həmçinin əhalinin həssas təbəqəsi olan əlil vətəndaşların rahat hərəkət etmələri üçün binada bütün zəruri şərait var.

Digər müasir məhkəmə binalarında olduğu kimi, Sumqayıt Məhkəmə Kompleksi də inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və tərəflər arasında qeyri-prosessual münasibətlərin qarşısı alınır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Kompleksdə 24 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 17 zal fəaliyyət göstərir. Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün "Femida" sistemi quraşdırılıb ki, bununla proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazılışı aparılır, məhkəmə sənədlərinin tərtibi asanlaşır, işlərə məsafədən videokonfrans formatında baxılması mümkün olur.

Cinayət işləri üzrə məhkəmə zallarında, həmçinin təqsirləndirilən şəxslər üçün xüsusi yer ayrılıb və burada monitor, mikrofon və vəkillə əlaqə saxlamaq üçün birbaşa telefon quraşdırılıb.

Eyni zamanda, binada böyük akt zalı, müxtəlif tədbirlərin, o cümlədən tədris kurslarının keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş konfrans və iclas zalları mövcuddur. Kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan tarixinə dair, Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunmuş müxtəlif dillərdə kitablar və digər yeni nəşrlərlə zəngindir.

İştirakçılar hakimlər və məhkəmə işçiləri üçün otaqlara da baxıblar. Məlumat verilib ki, 50-dək hakimin, ümumilikdə isə orada çalışacaq 240 işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait vardır. Kompleksdə vətəndaşların qəbulu, dəftərxana, işlərlə tanışlıq, dövlət ittihamçıları və vəkillər üçün otaqlar, tibb, ana və uşaq otaqları da yerləşir.

Dörd korpusdan əsas və yardımçı tikililərdən ibarət olan kompleksin zirzəmi qatında isə qaraj, o cümlədən konvoy üçün təhlükəsiz dayanacaq, texniki təminat üçün qurğular, yanğın təhlükəsizliyi və server avadanlığı, arxiv, maddi sübutların saxlanıldığı yer, həmçinin arxa həyətdə müasir qazanxana, transformator, generator, içməli su və yanğın söndürmə yeraltı hovuzları və digər sahələr mövcuddur.

Bina ilə tanışlıqdan sonra kompleksin akt zalında keçirilən tədbirdə Prezident İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi, bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərin ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, vətəndaşlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə və onların əlçatanlığının genişləndirilməsinə yönəldiyi bildirilib.

Dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə bu sahədə islahatların dərinləşdiyi, hakimlərin sosial müdafiəsinin və məhkəmələrin təminatının yaxşılaşdığı vurğulanıb, yeni yaradılmış ixtisaslaşmış - kommersiya məhkəmələrinin sahibkarların etibarlı məhkəmə müdafiəsinin təmin olunmasında mühüm fəaliyyəti, mediasiya institutunun təşviqi qeyd olunub.

Həmçinin Fərmanla 200 əlavə hakim ştatının ayrılmasının məhkəmələrin iş yükünün azaldılmasına, işlərə daha keyfiyyətlə baxılmasına xidmət etdiyi, bununla bağlı hakimlərin seçiminin davamlı xarakter alaraq məhkəmə korpusunun yüksək hazırlıqlı, innovasiyalara bələd və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, cari ildə şəffaf seçimdən uğur qazanmış 44 nəfər dövlət başçısının Sərəncamı ilə hakim vəzifələrinə təyin edilib, daha 125 namizəd isə müsabiqənin müxtəlif mərhələlərindədir. Hakimlik arzusunda olan 150 nəfər isə sənədlərini təqdim edib.

Sonra ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalar barədə videoçarx nümayiş etdirilib.

Bildirilib ki, dövlət başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Nazirlik tərəfindən aparılan on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Böyük Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi, həmçinin vətəndaşlara və dövlət orqanlarına zəruri xidmətlərin göstərilməsi məqsədilə 1500-ə yaxın icra hakimiyyəti nümayəndəliklərinin nazirliyin informasiya resurslarına qoşulması ilə bölgə əhalisi barədə məlumatların elektron formatda, çevik və dəqiq qeydə alınması mümkün olub.

Eyni zamanda, icra hakimiyyəti nümayəndəliklərinin "Elektron notariat" informasiya sisteminə qoşulması kənd təsərrüfatı təyinatlı torpaqların fermerlərin istifadəsinə verilməsini xeyli asanlaşdırıb. Ölkəmizin xaricdəki konsulluqlarının e-notariat sistemi vasitəsilə xidmətlər göstərməsi soydaşlarımızın rahatlığına yönəlib.

Həmçinin məlumat verilib ki, bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması məqsədilə bələdiyyələrlə bağlı xüsusi portal hazırlanıb. Bununla yanaşı, vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası məqsədilə ödənişlərin birbaşa bank hesablarına yönəldilməsi təşkil olunmaqla, bu sahədə işin səmərəsi xeyli artıb. "Elektron məhkəmə" informasiya sisteminin prokurorluq orqanlarına inteqrasiyası ədalət mühakiməsinin daha səmərəli və çevik həyata keçirilməsinə imkan yaradıb.

Çıxış edənlər müasir məhkəmə binalarının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmələrin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə, vətəndaşların məhkəmələrə əlçatanlığının genişləndirilməsinə xidmət etdiyini bildirib, regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib