REGİONLAR
Sumqayıtda gənc rəssamların sərgisi açılıb
Sumqayıt, 11 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtın Tarixi Muzeyində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bu münasibətlə dahi Nizaminin zəngin yaradıcılığına dair Sumqayıt Regional Mədəniyyət İdarəsi xüsusi tədbirlər planı hazırlayıb, bir sıra maraqlı layihələr həyata keçirir. O cümlədən videoçarxlar, tamaşalar və sərgilər nümayiş etdirilir.
İdarədən AZƏRTAC–a bildirilib ki, növbəti tədbir Sumqayıtın Tarixi Muzeyində reallaşıb. Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Mərkəzinin rəssamlıq şöbəsinin şagirdləri öz əl işlərindən ibarət Nizami Gəncəvinin 880 illiyinə həsr edilən sərgini təqdim ediblər.
Sərgidə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizaminin yaradıcılığından bəhs olunub.