REGİONLAR


Sumqayıtlı yeniyetmələr boks üzrə Azərbaycan birinciliyində uğura imza atıblar

Sumqayıtlı yeniyetmələr boks üzrə Azərbaycan birinciliyində uğura imza atıblar

Sumqayıt, 29 noyabr, AZƏRTAC

Bakı şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyi sumqayıtlı yeniyetmələr üçün uğurla başa çatıb.

Bu barədə AZƏRTAC-a Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən bildirilib.

2007–2008–ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyində Sumqayıt şəhər idmançıları Sübhan Babayev (48 kq), Eldar Abdullazadə (52 kq), Kənan Aslanlı (63 kq), Rüstəm Neymətov (66 kq) və Kənan İsayev (70 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həsən Hacıyev (60 kq), Hüseyn Hacıyev (63 kq) və Vüsal Məhərrəmov (75 kq) ikinci, Nurlan Vahidli (44 kq), Alişan Tağıyev (44 kq), Rövşən Binyətov (46 kq), Nihad Babacanov (52 kq), Tofiq Zairov (57 kq), Səid Haqverdiyev (63 kq), Amin Məmmədzadə (66 kq) və Ömər Quluzadə (75 kq) isə üçüncü yerə sahib olublar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.