MƏDƏNİYYƏT


“Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatıb

Bakı, 24 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa İli” münasibətilə Şuşa rayonu və digər bölgələrin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, iki mərhələdən ibarət festival 9-12 və 13-17 yaş qrupları üzrə keçirilir. Festivalın birinci mərhələsinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələri tərəfindən keçirilib. Artıq Sabirabad, Kürdəmir, Ağstafa, İsmayıllı, Ağcabədi, Ağdaş, Biləsuvar, Lənkəran, Masallı, Şəki, Gəncə və Bərdə Regional Mədəniyyət idarələrinin tabeliyindəki uşaq musiqi məktəblərində hər iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında seçim aparılıb.

Münsiflər heyətinin qərarına əsasən, region mərhələsi üzrə 1-ci yerlərin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın finalı Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.