TƏBRİZDƏ BEYNƏLXALQ SƏRGİ AÇILMIŞDIR

AZƏRTAC-ın İran səfirliyinin mətbuat xidmətindən aldığı xəbərdə deyilir ki, Təbriz beynəlxalq sərgi kompleksində 6-cı beynəlxalq sərginin açılışı olmuşdur. 22 min kvadratmetrlik sahədə təşkil olunmuş sərgidə Şərqi və Qərbi Azərbaycan, Tehran, Qum, Xorasan ostanlarından, eləcə də Yaponiya, Almaniya, Qazaxıstan, Koreya və Türkiyədən 278 şirkət iştirak edir. Sərgidə ofis avadanlığı, dicital fotoaparatlar, videoinformasiyanın toplanması üçün avadanlıq, mühasibat üçün kompüter proqramları, pulsayan aparatlar, sənaye avtomatları və rabitə kabelləri nümayiş olunur.

Bu sərgi ilə yanaşı, Şərqi və Qərbi Azərbaycan, Tehran, Mazandaran, Gülüstan, Xorasan, Qəzvin ostanlarından, habelə İtaliya, İngiltərə və Türkiyədən 135 şirkətin iştirakı ilə çap və qablaşdırma avadanlıqları sərgisi də işə başlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.