ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ MÜZAKİRƏLƏR APARILMIŞDIR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu” və “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” müzakirə edilmişdir.
Hər iki sənədin mahiyyəti barədə məlumat verən nazir Misir Mərdanov bildirmişdir ki, müvafiq struktur və əsasnamə nazirliyin ali və orta ixtisas təhsili şöbəsi, habelə təhsil müəssisələrinin mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanmışdır.
Çıxış edən ali məktəb rektorları, mütəxəssislər hər iki sənədlə bağlı fikir və rəylərini açıqlamışlar.
M. Mərdanov sənədlərin təhsil sisteminin inkişafı üçün böyük əhəmiyyətini nəzərə alaraq, tətbiq edilməzdən öncə onların ali məktəblərdə də müzakirə olunmasının məqsədəuyğunluğunu söyləmişdir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]