MƏDƏNİYYƏT
TEATR XADİMLƏRİ İTTİFAQINDA ANMA MƏRASİMİ
Fevralın 19-da Teatr Xadimləri İttifaqında bu qurumun mərhum prezidenti, müasir teatr və kino sənətinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı, xalq artisti, professor Həsənağa Turabovu anma mərasimi keçirilmişdir.
İttifaqdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mərasim iştirakçıları Həsənağa Turabovun xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, xalq artisti, professor Azər Paşa Neymətov görkəmli sənətkarın milli teatrımızın və kinomuzun inkişafındakı xidmətlərindən, həyat yolundan danışmış, mərhumla bağlı xatirələrini söyləmişdir.
Mərasim iştirakçıları Həsənağa Turabovun məzarını ziyarət etmiş, üzərinə gül-çiçək dəstələri qoymuşlar. Mərhumun ruhuna dua oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]
Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq
- 26.04.2024 [11:30]