İQTİSADİYYAT


TİKA işğaldan azad olunmuş rayonlarda KOB sektorunun inkişafında maraqlıdır

Bakı, 28 oktyabr, AZƏRTAC

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki ilə görüşüb. KOBİA və TİKA arasında KOB sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə O.Məmmədov agentliyin fəaliyyəti, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstəyi tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib. O, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Türkiyənin müvafiq qurumları ilə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanın və Türkiyənin müvafiq qurumlarının iştirakı və dəstəyi ilə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələr xüsusilə qeyd olunub.

KOBİA-nın sədri sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verərək Türkiyənin ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini deyib.

Görüşdə TİKA ilə birgə ölkə regionlarında, o cümlədən işğaldan azad edilmiş rayonlarda KOB sektorunun inkişafı və məşğulluğun artırılması istiqamətlərində, eləcə də sosial sahibkarlıq və həssas kateqoriyadan olan sahibkarlar üçün birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.